Birinci xanımın qardaşı həbs edildi – Gürcüstanda

Gürcüstanda hüquq-mühafizə orqanları tərəfindən ölkənin birinci xanımı Mika Çiçuanın qardaşı Mixail Mqaloblişvili saxlanılıb.

Yeniçağ.az-ın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Mixail Mqaloblişvilinin Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü bəndinin 2-ci hissəsinə görə (odlu silah əldəetmə və saxlama) ittiham olunduğu bildirilib.

Məlumata görə, 13 yanvar tarixində birinci xanımın qardaşı haqqında həbs qətimkan tədbiri seçilib.

Mqaloblişvilinin vəkili açıqlama verməkdən imtina edib.

Yeniçağ.az