Birjalar günə azalma ilə başladı

İstanbul Birjasında “BIST 100” indeksi günə yüzdə 0,06 faiz azalaraq 7.714,90 bəndindən başlayıb.

Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, birjaların günə start verərkən “BIST 100” indeksi əvvəlki bağlanışla müqayisədə 4,92 bənd azalaraq 0,06 faiz dəyər itirib. Beləliklə, adı çəkilən indeks 7,714,90 bəndə düşüb. Bank indeksləri 0,49 faiz artdığı halda, kompaniyalara məxsus indekslər 0,35 faiz azalıb.

Mütəxəssislərin gözləntilərinə görə, FED-in faiz siyasətini dəyişməyərək son 22 ilin ən yüksək səviyyəsi olan 5,25-5,50 faiz aralığında saxlayır.

Analitiklərin verdiyi proqnozda FED-in faiz dərəcələrini gözlənildiyindən uzun müddət daha yüksək səviyyədə saxlayacağına dair siqnallar var. Həmçinin ABŞ-nin 2 illik xəzinə istiqrazlarının faizlərinin 2006-cı ilin iyul ayından bu yana ən yüksək səviyyəsinə yüksəldiyini qeyd ediblər.