Birmərtəbəli mağaza yandı

İmişli rayonunun Şahverdili kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli mağazanın yanar konstruksiyaları yanıb.

Yenicag.az xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.