!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Birnəfəsə izləyəcəyiniz ən yaxşı “Netflix” serialları - SİYAHI

!Reklam – Yazi

Yarandığı ilk gündən bəri kino və televiziya dünyasını dəyişən “Netflix” demək olar ki, dünyanın ən yaxşı film və serial istehalçısına çevrilib.

Maraqlıdır, layihələrinə milyonlarla dollar ayıran bu şirkətin indiyə qədər istehsal olunan ən yaxşı serialları hansılardır?

Yenicag.az İMDB-də bəyənmə rekordları qıran həmin serialların siyahısını təqdim edir:

1) Aksiyon serialları

“The Defenders” (2017)

Serial Nyu-York şəhərini qorumaq üçün dörd qəhrəmanın birgə mübarizəsindən bəhs edir.

“Seven Seconds” (2018)


15 yaşında amerikan bir gəncin öldürülməsi ilə başlayan serial həqiqətlər ortaya çıxana qədər davam edir.

“The Punisher” (2017-2019)


Serial ailəsini öldürməkdə şübhəli bilinən insanın həyatından bəhs edir.

2) Cinayət serialları

“El Chapo” (2017-)


Bu serial məhşur meksikalı narkobaron “El Chapo”nun yüksəlişi, tutulması və həbsxanadan qaçması barədədir.

“Suburra” ( 2017-2019)


Roma yaxınlığındakı bir sahil kəndində başlayan torpaq ədavəti siyasətçilər arasında davaya çevrilir.

“Bodyguard” (2018- )


Terror hücumunun qarşısını alan müharibə qazisindən bəhs edən serial, həmin qazinin önəmli bir siyasətçini qoruması ilə daha da maraq kəsb edir.

“La Casa De Papel” (2017- )


Bir cinayət dahisinin planı olan polisi ustalıqla yönləndirən 8 oğru və əsirlər İspaniya Kral Zərbxanasını soymağa cəhd edirlər.

“Narcos” (2015-2017)


Bu qangster serialında Kolumbiyanın şiddət dolu və güclü narkobaronların iç üzünü görəcəksiniz.

3) Animasiya serialları

“Rick and Morty” (2013- )


Parlaq zəkalı, amma içki düşkünü olan Rick başqa dünyalara səyahəti zamanı dəcəl nəvəsini özü ilə götürür. Macəralar da elə bundan sonra başlayır.

“Bojack Hoserman” (2014- )


O, həm at, həm də 90-ların film ulduzudur. Maraqlıdır, elə deyilmi?

“Love, Death & Robots” (2019- )


Qorxunc məxluqlar, uğursuz süprizlər və qara komediyanı bir yerdə axtarırsızsa, bu film tam sizlikdir.

4) Fantastika

“House of Cards” (2013 – 2018)


Bu serial qadın prezidentin təhdidlərlə dolu həyatından bəhs edir.

“Orange is the New Black” (2013 – 2019)


“Emmy” mükafatı alan bu serial seçilən nyu-yorklunun keçmişdə işlədiyi cəzaya görə qadın həbsxanasına salınmasından bəhs edir.

“Stranger Things” (2016- )


Balaca bir qəsəbə, itkin düşmüş bir uşaq, gizlin aparılan təcrübələr… Bir seriala baxmaq üçün bundan artıq səbəb?

“Lucifer” (2015- )

Cəhənnəmdə sıxılan şeytan Los Ancelesə köçür, gecə klubu açır və dedektivlə münasibət qurur. Sözün əsl mənasında fantastika!

5) Elmi-fantastika

“Black Mirror” (2011– )


Beyin yandırıcı filmlər içərisində ən məhşuru olan bu serialın əsas mövzusu qarışıq və texnologiyalarla dolu bir gələcəkdir.

“Dark” (2017– )


Dörd ailə itən bir uşağın axtarışlarına başlayır. Bu axtarışlar isə 3 nəsli əhatə edir…

“Sense 8” (2015 – 2018)


İMDB balı 8.3 olan serial telepatiya yolu ilə bir-birlərinin həyatını yaşaya bilən səkkiz nəfərin hekayələrindən bəhs edir.

Aslı İsmayılzadə

www.yenicag.az

4182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv