Bişkekdə həlak olanlardan 9-nun kimliyi müəyyən edilib

Bişkekdə “Boeing 747-400” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlardan 9 nəfərinin, o cümlədən 3 uşağın meyiti tanınıb.

Bu barədə Trend “RİA Novosti”yə istinadən məlumat verir.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin “MyCARGO Airlines” şirkətinə məxsus “Boeing 747-400” yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Yenicag.az