Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kriminal avtoritet güllələndi

silah_tapancha30Fevralın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə kriminal avtoritet Polad Süleymanova hücum edilib.

Hücum nəticəsində 40 yaşlı kriminal avtoritet üç güllə yarası alıb. P.Süleymanov təcili olaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Polad Süleymanov “qanuni oğru” Kamçi Kolbayevin (Kolya Qırğız) qruplaşmasının fəal iştirakçısı olub. P.Süleymanov Bişkekdə türk biznesmenlərin fəaliyyətinə nəzarət edib. Onun nəzarətində bir neçə müəssisə olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, insident kriminal hesablaşma zəminində baş verib. Ehtimal olunur ki, “qanuni oğru” Ulan Toktosunovla (Sakal) Kamçi Kolbayev arasında qarşıdurma gedir.(Aznews)

www.yenicag.az

395