Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə giirşin əcnəbilər üçün ödənişli edilməsi planlaşdırılır.
Yenicag.az Qırğızıstan mediasına istinadən xəbər verir ki, bu barədə şəhər meriyasının layihəsində qeyd olunur.
Sənədlə qeyri-vergi daxilolmalarının artırılması və şəhər infrastrukturunun yaxşılaşdırılması məqsədilə 2024-cü il avqustun 1-dən 6 ay müddətinə pilot rejimdə yeni ödənişlərin tətbiqi təklif edilir. Təklifə qeyri-rezident nəqliyyat vasitələrinin Bişkek şəhərinin ərazisinə daxil olması üçün rüsumun, şəxsi mobil cihazlarının istismarına görə haqqın və turist vergisinin alınması daxildir.
Əvvəlcədən edilmiş ödənişlərdə endirimlərin tətbiq olunması planlaşdırılır.