Bişkekin meri koronavirusa yoluxdu

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinin meri Aziz Surakmatov koronavirusa yoluxub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, merin analizinin nəticəsi müsbət olub. Merin hərarəti yüksək olsa da, vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.

Məlumatda bildirilib ki, mer özünütəcrid rejimində, həkimlərin nəzarəti altındadır.

Qeyd edək ki, 48 yaşlı A.Surakmatov 2018-ci ildən Bişkekin meri vəzifəsində işləyir.

Son günlər Qırğızıstanda virusa yoluxma halı nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, son 24 saat ərzində ölkədə bu virusa 192 nəfər yoluxub və ümumi yoluxanların sayı 2981-ə çatıb. 35 nəfər isə infeksiyanın qurbanı olub.