May ayında “bitcoin”in qiyməti 10-20% aşağı düşə bilər.
Bu proqnozu rusiyalı kriptoekspert Anton Toroptsev verib.
“Artan dəyişkənliyin və “bitcoin” məzənnəsinin mümkün azalmasının müşahidə olunduğu dövr aprelin ortalarında baş verəcək “halving”dən bir neçə həftə sonra olan dövrdür. Sahibkarlar sikkələrin maksimum qiymətlə ticarəti zamanı əməliyyat xərclərini ödəmək və qazanc əldə etmək üçün “bitcoin”ləri satmağa üstünlük verəcəklər”, – deyə Toroptsev bildirib.
Xatırladaq ki, “halving” apreldə baş verəcək, bundan sonra yeni “bitcoin”lərin emissiyası, istehsalı iki dəfə azalacaq. Bu, “bitcoin”in yaranmasından bəri dördüncü “halving” olacaq. “Halving” tarixən “bitcoin”in məzənnəsinin artması ilə müşayiət olunub. Kriptovalyutanın satışı onun məzənnəsini aşağı sala bilər.
“Binance” kriptovalyuta birjasının 14 marta olan məlumatına görə, bir “bitcoin”in qiyməti 73 min dollardan çoxdur ki, bu da tarixi maksimumdur. Təkcə son 30 gündə “bitcoin” 50%-dən çox bahalaşıb. Toroptsevin proqnozuna əsasən, may ayında kriptovalyuta məzənnəsi 58,4 min dollardan 65,7 min dollara qədər ola bilər.
Mənbə: Gazeta.ru