“Bitcoin” kəskin ucuzlaşdı

“Bitcoin” son sutkada 6 faiz dəyər itirərək, 29 min 400 dollar səviyyəsinə düşüb.

Yenicag.az xəbər verir ki, bununla kriptovalyutanın həftəlik dəyər itkisi 11 faizi ötüb.

“Bitcoin”dən sonra ikinci yerdə olan “Ethereum” da son sutka ərzində 7 fazi ucuzlaşaraq, 1735 dollara qədər geriləyib. Bu kriptovalyutanın həftəlik dəyər itkisi 14 faizdir.

“Tether” kriptovalyutalar arasında ən az dəyər itirənidir. Bu virtual pul 0,02 faiz ucuzlaşaraq, 1 dollar olub. Həftəlik itki isə 0, 04 faizdir.

“Ripple” son 24 saat ərzində 9 faiz geriləyib və 0,52 dollar olub. Həftəlik dəyər itkisi 18 faiz təşkil edir.