Bitcoin qiyməti tarixi rekordu yenilədi

Bitkoin qiyməti ticarət sessiyası zamanı 7,16% artaraq 67 570 min dollara çatıb.

Yenicag.az Coindesk platformasına istinadən xəbər verir ki, qiyməti artmaqda davam edən kriptovalyutanın dəyəri 4,97 % bahalaşaraq 68 519,95 dollara çatıb.

Bu göstərici kriptovalyuta tarixində ən yüksək qiymətdi.

Qeyd edək ki, buna qədər ən yüksək göstərici oktyabr ayında qeydə alınmış, bitkoinin qiyməti 66 min dolları ötmüşdü.