“Bitcoin”in rəqibindən BÖYÜK SIÇRAYIŞ – “Ethereum” sürətlə bahalaşır

Dünyada ikinci ən dəyərli kriptovalyuta sayılan “Ethereum”un qiyməti artır.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “Ethereum” tarixi rekord vuraraq 4 min 477 dollara qədər bahalaşıb.

Məlumata görə, bu sıçrayışdan sonra “Ethereum”un ümumi bazar qiyməti 526 milyard dollara yüksəlib. Eyni zamanda, əsas kriptovalyuta olan “Bitcoin” də bahalaşaraq, 63 min 200 dollara qalxıb.

Qeyd olunur ki, kriptovalyuta bazarında qiymət artımı oktyabrın 29-da başlayıb. Məhz həmin gün “Ethereum”un dəyəri ilk dəfə 4 min 400 dollar həddini keçib.

Bu tendensiya “Ethereum” tərtibçilərinin kriptovalyutanın funksiyalarına bəzi əlavələr etmələrindən sonra başlayıb.