“Bitcoin”lə bağlı Misir və Türkiyədən ortaq fətva: Haramdır!

Türkiyənin Diyanət İşləri İdarəsi son zamanlarda getdikcə dəyər qazanan “Bitcoin” pul vahidinin istifadəsi ilə əlaqədar fətva verib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Din İşləri rəyasət heyətinə gələn suala cavab olaraq “Bitcoin” kimi virtual pulların istifadəsinin halal olmadığı bildirilib. Açıqlamada bu cür kripto pulların insanları ədalətsiz şəkildə zənginləşdirdiyi vurğulanıb:

“İstifadəçilər arasında dəyişiklik və qiymət ölçüsü ümumi şəkildə qəbul olunan hər cür pul vahidinin istifadəsi caizdir (icazə verilən). Lakin qeyri-müəyyən şərtlər əsasında dəyər qazanan pullar bəzi kəsimlərin haqsız və səbəbsiz varlanmasına yol açır. Buna görə də kripto pullardan istifadə caiz deyil”.

Misir Vəqflər Nazirliyinə bağlı Fətva Qurumu da “Bitcoin”lə bağlı qərarını verib. Yenicag.az xəbər verir ki, Misir Fətva Qurumu “Bitcoin”in haram olduğunu bildirib.

Misir Fətva Qurumu “Bitcoin”lə alış-verişi haram elan edib.

COP29