!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bitərəf deputatlar da Milli Məclisin buraxılmasını təklif etdi

!Reklam – Yazi

Milli Məclisdə təmsil olunan bitərəf deputatların iclası keçirilib.

Yenicag.az-ın məlumatına görə, iclasda bitərəf deputatlar da parlamentin buraxılması təşəbbüsü ilə çıxış ediblər. Bununla bağlı Milli Məclisə müraciət ünvanlanacaq.

Xəbər verdiyimiz kimi, Milli Məclisin buraxılması məsələsi dekabrın 2-də müzakirəyə çıxarılacaq. Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, Yeni Azərbaycan Partiyası (YAP) parlamentin buraxılması ilə bağlı Milli Məclisə müraciət edib. Məsələyə baxıldıqdan sonra ölkə Prezidentinə müraciət ünvanlanacaq.

Qeyd edək ki, ötən gün YAP Siyasi Şurasının iclası, eyni zamanda partiyanı parlamentdə təmsil edən deputatlarla görüş keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub. Həmçinin bununla bağlı Milli Məclisə müraciət ünvanlanması qərara alınıb./Trend/

www.yenicag.az

918
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv