Bitərəflərin MSK-dakı nümayəndələri – SİYAHI

Bu gün Milli Məclisin bitərəf deputatlarının iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclasda Mərkəzi Seçki Komissiyasında heç bir siyasi partiyaya mənsub olmayan deputatların namizədləri müəyyənləşdirilib.

Yeni siyahıda 7 nəfərin adı yer alıb. Bunlar Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Fuad Cavadov Nailə Əsgərova və Aydın Muradovdur.

Qeyd edək ki, yeni siyahıda hazırda MSK- da bitərəfləri təmsil edən Rövzət Qasımovun adı yer almayıb. Digər 4 namizəd isə hazırda bitərəfləri MSK-da təmsil edir. A. Muradov siyahıda əvəzedici namizəd kimi təqdim edilib.

Bildirək ki, yeni siyahıda olan Fuad Cavadov hazırda parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndəsidir.