Dünyanın ən məşhur kriptovalyutası bitkoini qiyməti 2017-ci ilin noyabr ayından ilk dəfə 6 min dollardan aşağı düşüb.
Yenicag.az xəbər verir ki, 20 birja üzrə orta qiyməti hesablayan “CoinMarketCap” portalının məlumatına əsasən kriptovalyuta 9,52% ucuzlaşıb və 6090 dollar təşkil edir.
Kriptovalyutaların həcminə görə ən böyük “Binance” birjasında bitkoin 11,12% ucuzlaşıb və 5970 dollar səviyyəsindədir.
Beləliklə, noyabrın 13-dən ilk dəfə olaraq bitkoinin qiyməti 6 min dollar səviyyəsindən aşağı düşüb.