!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bitkoin bahalaşdı

!Reklam – Yazi

Dünyada ən populyar kriptovalyuta olan bitkoin bir həftəyə yaxın davam edən ucuzlaşmadan sonra bir qədər bahalaşıb.

Yenicag.az-ın məlumatına görə, bitkoin bu gün 6,4 min dollar ətrafında alınıb satılır.

“CoinMarketCap” portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,71% artaraq 6,467 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, “Ethereum” 0,55% və ya 361,59 dollaradək ucuzlaşıb, “Ripple” 3,31% (0,3413 dollara qədər) ucuzlaşıb, “Bitcoin Cash” isə 1,44 (605,76 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 227,28 milyard dollar təşkil edir və bunun 48,9% faizi bitkoinin payına düşür./Trend/

www.yenicag.az

5676
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv