Bitkoin ötən ayın rekordundan sonra kəskin ucuzlaşdı

Bitkoinin məzənnəsi aprel ayında qeydə alınmış tarixi rekord həddinə nisbətən 2,1 dəfə ucuzlaşıb.

Yenicag.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:13-ə olan vəziyyətə görə, ən böyük kriptovalyuta birjası olan “Binance”-da bitkoin 29 faiz ucuzlaşaraq 31,4 min ABŞ dollarından satılıb. Hərrac zamanı bitkoinin məzənnəsi yanvarın 25-dən bəri ilk dəfə 30 min dollaradək azalıb.