Bitkoin ucuzlaşdı

Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşıb.

Yenicag.az-ın məlumatına görə, bitkoin 6,3 min dollar ətrafında alınıb satılır.

“CoinMarketCap” portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 2,38% azalaraq 6,34 min dollar təşkil edib.