Bitkoin yenə bahalaşdı

Bitkoin bahalaşmağa davam edərək daha bir rekord yeniləyib.

Yenicag.az xəbər verir ki, “Binance” birjasında Bakı vaxtı ilə saat 16.18-ə olan vəziyyətə görə bitkoin ötən günə nisbətən 8,11 % bahalaşaraq 56,910 ABŞ dollarından satılıb. Həmçinin “Coin MarketCap” 20-dən artıq birjadakı hərrac nəticələrinə əsasən xəbər verir ki, bitkoin bu gün 8,07 % bahalaşaraq 56,960 ABŞ dollardan satılıb. Halbuki bundan bir neçə dəqiqə əvvəl məzənnə 57 min ABŞ dollar həddini aşaraq 57,076 ABŞ dollardan satılırdı.