Bitkoindən növbəti rekord – İlk dəfə 55 min dolları keçdi / YENİLƏNDİ

“Bitcoin”in qiyməti ticarət sessiyası zamanı 7 faiz bahalaşaraq 55,2 min dollara yüksəlib.

Bu barədə CoinDesk portalı xəbər verib.

Beləliklə, kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib.

Bundan əvvəl “Bitcoin”in kapitallaşması 1 trilyon dolları keçdi.

***

21:51

Dünyanın ən populyar kriptovalyutası bitkoinin yüksəlişi davam edir.

Yenicag.az xəbər verir ki, fevralın 19-da 3.22% artım nümayiş etdirən rəqəmsal valyutanın dəyəri 53.262 dollaradək yüksələrək öz qiymət rekordunu təzələyib.

Tarixi nəticə Bakı vaxtilə 18.54-də qeydə alınıb.

Ekspertlər kriptovalyutanın yüksəliş trendinin davam edəcəyini bildirirlər.