Bitkoinin qiyməti 4 min dolları keçdi

Dünyada ən populyar kriptovalyuta olan bitkoin bahalaşıb.

Yenicag.az-ın məlumatına görə, bitkoinin qiyməti son 24 saat ərzində, təxminən, 6% artaraq 4 000 ABŞ dollarını keçib.

“CoinMarketCap” portalının məlumatına əsasən,hazırda rəqəmsal pulun dəyəri 4 065 – 4 070 dollar arasında dəyişir.