!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bitkoinin qiyməti düşdü

!Reklam – Yazi

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti son bahalaşmadan sonra 8 min dollardan aşağı düşüb.

Yenicag.az-ın məlumatına görə, kriptovalyutanın həftənin əvvəlində qiyməti 8 min dollara çatıb.

“CoinMarketCap” portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 3,39% ucuzlaşaraq 7,94 min dollar təşkil edib.

Alternativ kriptovalyutalar da ucuzlaşıb. Belə ki, “Ethereum” 2,84% və ya 464,7 dollaradək ucuzlaşıb, “Ripple” 2,43% (0,452 dollara qədər), “Bitcoin Cash” 4,43% (804,22 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 290,8 milyard dollar təşkil edir və bunun 46,8% faizi bitkoinin payına düşür.

www.yenicag.az

5014
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv