Bitkoinin qiyməti ucuzlaşmaqda davam edir

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti ucuzlaşmaqda davam edir.

Yenicag.az-ın məlumatına görə, bitkoin 7,2 min dolar ətrafında alınıb satılır.

Belə ki, “CoinMarketCap” portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 1,56% ucuzlaşaraq 7,2 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də bu gün ucuzlaşma qeydə alınıb. Belə ki, “Ethereum” 8,68% və ya 534 dollaradək, “Ripple”3,43% (0,584 dollara qədər), “Bitcoin Cash” isə 5,56% (935,63 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 311,583 milyard dollar təşkil edir və bunun 39 faizi bitkoinin payına düşür.