!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Biz Anıt Parkını Azərbaycanın bir parçası saydığımızdan könüldən bağlanmışıq” – Hüseyn Ayhan

!Reklam – Yazi

image1

Hüseyn Ayhan: “Biz burada Heydər Əliyev Anıtının gözətçiləri, Azərbaycan mədəniyyətinin təbliğatçılarıyıq”

Ankaradakı Azərbaycan. Ankara bir məmur şəhəridir. İstanbul ya da İzmir kimi qaynar bir şəhər deyildir. Ancaq bu şəhərin mərkəzində mən deyim bir Bakı var, siz Naxçıvan, digəriniz isə Gənc olduğunu desin. Batıkent adlanan bölgədə yerləşən Heydər Əliyev Parkında yerləşən Azərbaycan Kültürünü Tanıtma Dərnəyi qonaqlarına Azərbaycanı yaşadır. İlk dəfə Xocalı Soyqırımı ilə bağlı tədbirin təşkilati məsələləri üçün getmişdim. Ankarada Azərbaycanla bağlı dərnəklər çoxdur. İçərisində illərlə ismini eşitdiyimiz Rəsulzadə yadigarı olanı da var, yeni dönəmdə yarananları da. Azərbaycan Kültürünü Tanıtma Dərnəyində isə çox fərqli bir hava vardı. Çayından şirniyyatına qədər Azərbaycan qoxuyan bir məkandaydıq.

Milli ornamentlərimizdən musiqisinə qədər Azərbaycanı xatırladan bir məkan. “Bir millət, iki dövlət” devizinin canlı yaşandığı bir yer. Üç rəngli bayraqla bəzədilmiş buta ornamentli stəkanda Lənkəran çayını Ankaranın mərkəzində içmək istəyənin mütləq ora getməsi lazımdır.

Babek AbdullayevBu gözəl məkan gözdən bir qədər uzaq olmasına rəğmən, dərnəyin sədri, Azərbaycanın can dostu Hüseyn Ayhan tərəfindən qorunur. Özünün dediyi kimi, o, Heydər Əliyev Parkının gözətçisidir…

IMG_0330Hüseyn Ayhanla bir il belə olmadı, tanış olalı… Lakin o qədər insan kimi insan ki, adam sanki onu 30 ildir tanıyır… Azərbaycanla bağlı hər tədbirdə onu görmək olur… Dərnək və parkdakı kafeni Azərbaycandan olan hər insanın ixtiyarına vermiş bir insan… Azərbaycan adı ilə gələn hər bir şəxsin önünə düşüb, ona qardaşlıq edən, 26 fevral, 10 may, 28 may kimi mühim günlərdə qardaş ölkədə yaşayan əksər soydaşımızdan, hətta bir çox diplomatımızdan daha həssas davranan bir insan…

IMG_3548Dərnəyi yaşatmaq üçün açdığı kafedən doğru-düzgün gəlir əldə etməməsinə rəğmən, bir gün də olsa, keyfiyyətdən geri addım atmayan, tərtəmiz bir kafe işlədən Hüseyn Ayhana dəstək olan olmasa da, o, ruhdan düşmür. Azərbaycan adına layiq bir xidmət göstərməyə çalışmaqdadır. Təmiz məkan və gülərüz kollektivlə, fəaliyyətlərinə davam etməkdədir.

12316424_10153773674321950_4282079216890182889_nBu dəfə də Ankaraya gedərkən, Hüseyn bəylə görüşdük və Azərbaycan oxucusuna tanıtmaq istədiyimizi söylədik.

– Hüseyn bəy, öncəliklə, bu park və təşkilatınızın tarixcəsi barədə məlumat verərdiniz…

– Heydər Əliyev Parkı Türkiyə Cümhuriyyətinin 80-ci illiyində Osman Təpə adlanan yerdə 100 min hektarlıq bir ərazidə yaradılıb.  Bu ərazidə o zaman ağaclar əkildi. Ulu Öndərin vəfatından sonra isə bu ərazidə Heydər Əliyevin adına Abidə Parkı yaradıldı. 2011-ci ilə qədər bu park elə də baxımlı deyildi. Heydər Əliyevin vaxtilə səsləndirdiyi “İki dövlət, bir millət” sözləri həkk olunmuş bu park 2012-ci ildən etiarən Azərbaycan dövlətinin dəstəyilə yenidən bərpa edildi.  Bu ərazidə Heydər Əliyev Abidə parkı yeniləndi və 2014-cü ilin fevralında Ankara Böyük Şəhər Bələdiyyəsinə təhvil verildi. Daha sonra könüldən Azərbaycana bağlı olan insanlarla birlikdə biz Azərbaycan Kültürünü Tanıtma Dərnəyini yaratdıq. Bu əraziyə baxmaq, ərazidə olan müəssisələri çalışdırmaq üçün qurulan tenderə daxil olduq və qazandıq. Azərbaycan Kültürünü Tanıtma Dərnəyi buraya gələn insanlara Azərbaycanla bağlı məlumatların verilməsi, müxtəlif tədbirlər təşkil edilməsi məqsədilə yaradılıb. Azərbaycan Kültür Dərnəyinin tək məqsədi iki dövlətin mədəniyyətinin bir araya gətirilərək Heydər Əliyevə, Türkiyə və Azərbaycan dövlətinə ləyaqətlə xidmət etməkdir. 2 illik fəaliyyətimiz dövründə Azərbaycan dövlətinin yaranması ilə bağlı olan şanlı günləri, Heydər Əliyevin doğum və vəfat ildönümləri məhz bu ərazidə keçirilən tədbirlərlə qeyd olunub. Eyni zamanda, Xocalı faciəsilə bağlı iki tədbir keçirərək, iştirak edən qonaqlara həmin faciə barəsində geniş məlumat verilib.18122015 130

– Azərbaycanlılar çox gəlirlərmi?

– Bura Azərbaycanın Ankaradakı məkanıdır. Xüsusilə, dövlət xadimləri Ankaraya gəldiklərində, mütləq Anıtı və bizim dərnəyimizi ziyarət edirlər. Azərbaycan Mili Məclisi sədrinin müavini, səhiyyə naziri, sosial müdafiə naziri, baş prokuror Zakir Qaralov və onlarla dövlət rəhbərliyində təmsil olunan şəxslər buranı ziyarət ediblər. Hətta Zakir müəllim kafedəki ornamentlərdən xoşu gəldiyi üçün xeyli sayda milli hədiyyələr göndərmişdi.18122015 132

– Kafenizin milli ornamentlərlə bəzədildiyini görürük.  Bunlar dərnəyin təşəbbüsü ilə yaradılıb, yoxsa?

– Bəli. Bu ornamentlər hər hansı bir kənar yerdən dəstək almadan dərnək əməkdaşlarının əməyi ilə yaradılıb. Dərnək ümumiyyətlə hər hansı bir yerdən maddi və digər dəstəkləri almadan fəaliyyət göstərir.

18122015 126– Yəni dərnəyinizə hər hansı bir yardım yoxdur?

–  Xeyr, heç bir yerdən heç bir yardım almırıq.  Biz Ankara bələdiyyəsinin tenderinə qatıldıq və qazandıq. Bura ilə bağlı tenderi qazandıqdan sonra 250 min dollarlıq bir sərmayə qoyaraq, burada ciddi bir iş yeri qurmağa çalışırıq. Həm mədəniyyətimizi təbliğ etmək, həm də dərnəyin ehtiyacları üçün kimsədən asılı olmamaq üçün çalışırıq. Biz də hər şeyi dövlətdən istəməyi bilirik. Biz isə hər tədbirdə, hər işdə  Azərbaycana müraciət etməmək, həm də burada bir ticarətin inkişafına çalışırıq. Gəncliyimizi, uşaqlarımızı da pis vərdişlərdən uzaq tutmaq üçün Parkın ərazisində futbol sahəsi yaradılıb. Gələn uşaqlara həm Azərbaycanı təbliğ edir, həm də futbola maraqlarını artrmağa çalışırıq.  Bizim üçün böyük bir məbləği bu ərazinin inkişafı üçün yatırsaq da, peşman deyilik. Düzdür, gəlirimiz həddindən artıq azdır, ancaq əsas odur ki, Azərbaycan mədəniyyətini bu parkda təbliğ edirik, gələnlərə Azərbaycanı anladırıq. Dərnəyi ziyarət edənlərə və ya kafemizə müştəri kimi gələn insanlara Azərbaycanla bağlı, onun dövlət quruluşu, liderləri, mədəniyyəti barədə kitab və broşüralarla tanış edir, onlara geniş məlumat veririk.

– Deyəsən, Azərbaycan çayı da burada təbliğ edilir…

– Bəli. Azərbaycanın milli stəkanı olan armudu stəkanlar var. Gələn qonaqlara məhz bu stəkanlarda çay verilir.

10690004_10152985050791950_1620671074004285891_n– Belə demək mümkündürsə, Ankaranın mərkəzində ancaq sizin dərnəkdə Azərbaycan çayı verilir?

– Doğrudur. Bundan böyük məmnuniyyət duyuruq. Mürəbbə, ləbləbi, armudu stəkanı və Azərbaycandan gətirilən çayla qonaqlara xidmət göstəririk.

image7– Gündəlik ziyarətçilər çoxdur?

– Əslində könül istərdi ki, çoxlu ziyarətçilər olsun. Çünki bu park məhz Azərbaycanı təmsil edir. Bu əraziyə daxil olduqda, insan özünü sanki Bakıdakı kimi hiss edir. Ancaq ziyarətçi sayı çox deyil. Gündəlik ziyarət sayı yüz nəfərdən azdır, yalnız özəl günlərdə 300-500 civarında insan gəlir. Fəqət biz buna rəğmən kafeni öz gücümüzlə ayaqda saxlayırıq. Səbəb isə Ankarada Azərbaycanı bu qədər gözəl tanıdan yerə könül verməyimizdir. Mən özümü burada heç vaxt iş adamı kimi hiss etməmişəm. Biz burada Heydər Əliyev Anıtının gözətçiləri, Azərbaycan mədəniyyətinin təbliğatçılarıyıq. image2 image8

Söhbətləşdi: Aqil Ələsgər

Qələmə aldı: Sevər Abbaslı

www.yenicag.az

1190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv