Biz Birlikdə güclüyük! – Şəhid bacısı

“Xalq Prezidentinin yanında olmalıdır! Güvənməklə, inamla əldə edilir Zəfər, qələbə!

Şəhid bacısı olaraq, Qarabag həsrətini , dərdini çəkən birisi olaraq deyirəm ki, hər şeyə kiçik deyil, böyük prizmadan yanaşmaq lazımdır. Düşmənlərimiz böyük, hiylələri təhlükəlidir!

Tariximiz hər zaman qaranlıq olub. Çünki aydınlarına, agılılarına şübhə ilə baxılıb. Tarixə nəzər salsaq görərik ki, hər şey o qədər də asan deyil. 10 milyonluq kiçik bir dövlətik. Hansı ki, indi əməkdaşlıq etdiyimiz, ayaqlaşmaga çalışdıgımız böyük dövlətlərin bir şəhəri boydayıq. Hansı dövlət rəhbərinə xoş olar ki, generalı, əsgəri şəhid olsun. Biz 1990-94 cü illərin gəncləriyik. Tələbəliyimiz mitinqlərdə keçdi.Gördüklərimiz, yaşadıqlarımız bizə söz deməyə ,nəticə çıxarmaga imkan verir.

Suriya, İraq… hadisələri, iflası uzaq tarix deyil. Bir yanlışımız, daxili düşmənlərimizin hiyləsi Azərbaycanı da o vəziyyətə sala bilər…

Ayıq, səbirli, biraz da düşənərək addım atmaq lazımdır. Prezdentimizə dəstək olmalıyıq, o gücünü xalqdan alır, xalqa arxalanır. Hiylələrə, təxribatlara uymaq düşmən dəyirmanına su tökməkdir. Xalq Prezidentinə inanır və güvənir!”

Gülşən Behbud