!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Biz birlikdə güclüyük” - TÜİB-in iki yaşı möhtəşəm ziyafətlə qeyd olundu - FOTOLAR/VİDEO

!Reklam – Yazi

Dünən Azərbaycandakı türk iş adamlarının və şirkətlərinin birləşdiyi “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi (TÜİB) yaranmasının ikinci ildönümü münasibəti ilə “Park İnn” Hotelində ziyafət təşkil edib. İş dünyasının önəmli isimlərinin iştirak etdiyi ziyafətə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Prezident Administrasiyasının nümayəndəsi Bəhruz Həsənov, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTR) Azərbaycandakı təmsilçisi Ufuk Turganer, Milli Məclisin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan TÜİB başqanı Hüseyin Büyükfırat yarandığı gündən bəri görülən işlər barədə məlumat verdi və bildirdi ki, “TÜİB bir ailədir. Biz burada çalışan və dünya görüşü fərqli də olsa, xəyanətə bulaşmayan hər kəsi görmək istəyirik. Bizim qayəmiz dövlətlərimiz və xalqlarımız üçün faydalı proyektlər ortaya qoymaqdır”.

Hüseyin Büyükfırat qeyd edib ki, “Cocuq Mərcanlı nümunəsi bu istiqamətdəki proyektlərə ciddi stimul verdi və biz türk iş adamları olaraq, belə bir işdə imzamız olduğundan çox qürurluyuq. Təbii ki, bu kimi fəaliyyətlərimizdə həm Azərbaycan dövlətinin, həm də Türkiyə Cümhuriyyətini təmsilən hörmətli səfir Erkan Özoralın dəstəyi bizim üçün inanılmaz enerji qaynağıdır. Bizə olan etimadın fərqindəyik və onu daim doğrultmaq, gördüyümüz işlərlə əsla qane olmamaq, TÜİB-i daha da irəliyə götürmək istəyirik. Biz bunu birlikdə bacaracağıq”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə bildirdi ki, “Türkiyə ilə Azərbaycan münasibətlərində zirvəyə çatdı. Təbii ki, iqtisadi baxımdan da bu münasibətlər çox üst səviyyədədir. Artıq Azərbaycan Türkiyədəki ən böyük investisiya qoyan ölkədir. Türk sərmayəsi də Azərbaycanda uzun illərdir ki, önəmli paya sahibdir. İnanırıq ki, bu əlaqələr daha da inkişaf edəcək. Bu məsələdə TÜİB başda olmaqla, iş adamlarımızın rolu da, məsuliyyəti də böyükdür”.

Ziyafətdə yeni üzvlərə “plaket”lər təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, ziyafət salonunda “Qurani Kərim”i ipək üzərində işləyən rəssam Tünzalə Məmmədzadənin rəsm əsərlərindən ibarət Rəsm Qalereyası nümayiş olunub.

www.yenicag.az

6486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv