Reklam

Reklam

“Əfsuslar olsun ki, Azərbaycan hələ də həll olunmamış böyük problemlə üz-üzədir. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizi işğal altındadır. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə verilən ziyafətdə çıxışı zamanı deyib.

“Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Bununla belə, Ermənistan sülh səylərinə məhəl qoymur və təcavüzü davam etdirir. Münaqişə beynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bununla belə, Ermənistan onları yerinə yetirməkdən imtina edir”.

O, həmçinin Azərbaycanın ərazi bütövlüyü Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən açıq şəkildə tanındığını qeyd edib:

“Mən qeyd etmək istərdim ki, ölkəmizin ərazi bütövlüyü Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən açıq şəkildə tanınır. Bu təşkilat hər zaman bizim siyasi mövqeyimizi qlobal səviyyədə dəstəkləyib. Bununla əlaqədar təşkilat bir neçə qətnamə və qərarlar qəbul edib. Mən bu dəstəyə görə sizə minnətdaram”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3094
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."