!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Biz bu sahədə də liderlik etdik” – İlham Əliyev

!Reklam – Yazi

 

ilham-eliyev18“Biz Türkiyə ilə birgə enerji layihələri icra edirik”.

Bunu İstanbulda 23-cü Dünya Enerji Konqresinin açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, 100 il əvvəl Bakıda ilk neft çıxarılıb: “Dünyada ilk dəfə dənizdən də neft məhz Azərbaycanda, Xəzərdə çıxarılıb”.

“Əsrin Müqaviləsi”ndən danışan prezident bildirib ki, bu il Azərbaycan müstəqilliyinin 25-ci ildönümü qeyd edəcək: “Azərbaycanın müstəqilliyində enerji layihələri böyük rol oynayıb. Bu gün Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün üç marşrut var. Bunlardan ikisi Qara dənizə, biri – Bakı-Tbilsi-Ceyhan neft kəməri isə Aralıq dənizinə çıxır. Biz il dəfə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirdik”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrdir: “Bu, böyük qaz ehtiyatlarının daşınması üçün kəmərə ehtiyac var idi. Azərbaycan və Türkiyə bu sahədə də liderlik etdi və TANAP layihəsinin tikintisinə start verdi. TANAP-ın daxil olduğu Cənub Qaz dəhlizi layihəsinin dəyəri 45 milyard dollardır. Azərbaycan və Türkiyə Cənub Qaz dəhlizinin həyata keçirilməsində liderlik keyfiyyətlərini göstərir. Enerji ölkələrin təhlükəsizliyində əsas amillərdən biridir”.

Dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatında hazırda neft və qazın payı 30 faizdir: “Biz neftdən əldə etdiyimiz gəliri iqtisadiyyatımıza yatıraraq, onu diversifikasiya edirik. Azərbaycan enerji resurslarından asılılığı azaltmaq istiqamətində iş aparır. Enerji siyasətimiz imkan verdi ki, Azərbaycan özü də xarici ölkələrə sərmayə qoysun. Müstəqilliyimizin ilk illərində Azərbaycan sərmayə baxımından xaricdən asılı idi. Biz indi özümüz xarici ölkələrə, o cümlədən Türkiyəyə sərmayələr qoyuruq və qoyacağıq. Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi 20 mlrd. dollar təşkil edir Bu gün enerji məsələlərini müzakirə edəndə Türkiyə və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Çünki enerji resursları və şaxələndirilmiş ixrac şəbəkəsi bizdə var. Biz qarşılıqlı fayda əsasında işimizi qururuq”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Türkiyənin inkişafına sevinir: “Türkiyə və Azərbaycanın münasibətləri barədə təkcə onu xatırlatmaq istəyirəm ki, Türkiyə “20-lər” Sammitinə bir ölkə dəvət edə bilərdi, Azərbaycanı dəvət etdi”.

Prezident əlavə edib ki, Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi layihələr uğurla davam etdirilir: “Azərbaycanla Türkiyənin dostluğu daimi, əbədi, sarsılmazdır”.(APA)

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv