!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Biz bunun neqativ nәticәsini görә bilirik”

!Reklam – Yazi

7dcb326fc8227a415a9448d13f080181 (1)“Hәm ikitәrəfli münasibәtlәrdә, hәm dә regional mәsәlәlәrdә qarşılıqlı anlayış var”

Azәrbaycan prezidenti İlham Әliyev Çex Respublikasının prezidenti Miloş Zemanla nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə çıxış edib.

Dövlət başçısı qonağın ilk dəfədir Azərbaycana səfər etdiyini xatırladıb: “Bu, sizin bizim ölkәmizә ilk sәfәrinizdir. Әminәm ki, səfər çox uğurlu keçәcәk və ikitәrәfli әlaqәlәri daha da irәli çәkә bilәcәyik. Son dövrlәr ölkәlәrimiz arasında münasibәtlәr uğurla inkişaf edir və möhkәm әsaslara söykәnәrәk müxtәlif sahәlәri әhatә edir. Siyasi, iqtisadi, enerji, mәdәni sahәlәrdә әmәkdaşlıq edirik. Müasibәtlәrimiz qarşlıqlı anlayış әsasında qurulub. İkitәrәfli әsasda sizinlә bir neçә dәfә görüşmüşük. Bu görüşlәr hәm Çexiyada, hәm dә başqa yerlәrdә olub. İndi dә Azәrbaycanda bu görüş baş tutdu. Hәm ikitәrəfli münasibәtlәrdә, hәm dә regional mәsәlәlәrdә qarşılıqlı anlayış var. Regional stabillik müsbәt inkişafa aparan әsas elementdir. Stabillik olmayan ölkәlәrdә biz bunun neqativ nәticәsini görә bilirik. Çex Respublikası vә Azәrbaycan yaxşı dost vә tәrәfdaş ölkәlәrdir. Biz iqtisadi әmәkdaşlığı necә inkişaf etdirə bilәcәyimiz üzәrindә fikir mübadilәsi aparacağıq. Biznes sahәsindә əlaqələrin inkişafı üçün geniş potensial var. Aldığım rәqәmlәr qarşılıqlı ticarәt әlaqәlәrindә müsbәtә doğru irәlilәyişin olduğunu göstәrir. Biz ticarәtin strukturuna baxmalıyıq. Azәrbaycanda olmaqdan әminәm ki, zövq alacaqsınız”(APA).

www.yenicag.az

499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv