!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Biz camini tərk edəndən az sonra düşən raket namaz qılan iki qardaşımızı şəhid etdi”

!Reklam – Yazi

“Mən Türk əsgərinin gözündə atəş, simasında düşmənə nifrət gördüm!”

Qardaş ölkənin yarım ay öncə başlatdığı Afrin hərəkatına Azərbaycandan da dəstək gəldi və Birinci Qarabağ Savaşının iştirakçıları hər iki ölkə prezidentindən izn istəyərək antiterror əməliyyatında mehmetçiklə çiyin-çiyinə döyüşmək istəklərini ortaya qoydular.

İlk öncə bu müraciət adı təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında məşhur olan cəsur kəşfiyyatçımız İbad Hüseynovdan gəldi və o müraciətlə kifayətlənmədi, keçmiş döyüşçü dostlarını başına yığaraq Bakıda Türkiyəyə izdihamlı dəstək aksiyası təşkil etdi, ardından da özü Afrin hərəkatının başlandığı sərhəd bölgəsinə – Kilisə gedərək həm yerli əhali, həm də əməliyyatda iştirak edən Türkiyə silahlı qüvvələrinə mənəvi dəstək oldu.

Qayıtdıqdan sonra onun fikirlərini öyrənib oxuculara təqdim edirik:

“Kilis Türkiyənin Suriya ilə ən yaxın sərhəd şəhəridi. Şəhərin 100 min əhalisi var. Şəhərin valisi Hava Limanınına məni qarşılamaq üçün maşın göndərmişdi. Yol boyu sürücüdən Kilis haqda məlumatlar alırdım. Səhərə yaxın saat 5 -30 – da şəhərə çatdım. Şəhərdə o qədər sakitlik vardı ki, mənə qəribə gəldi. Yorgun da deyildim, yuxum da gəlmirdi. O üzdən sürücüdən şəhərdə məsləhət bildiyi yerə getməyi soylədim. Sürücü məni şəhərdən bir az aralı sərhədə yaxın yerdə yüksəklikdə yerləşən camiyə apardı və ordan sübhün ala-toranında işqları yanan səsiz-səmirsiz sərhədlər aydın görəsnirdi. Yol boyu bir çox yerlərdə atılmış raketlərin dagıntıları vardı. Çatdıgımız məkanın pilləkanlarına da raketlər atılmışdı. Sürücü orda çox dayanmagı uygun görmədi, hər an raket atıla bilərdi.

Sübh işıqlanırdı otelə gəldim. Otelin yaxınlıgında 15- 20 addımlıgında yerləşən caminin yarısı raket zərbəsindən dagılmış, iki vətəndaş namaz qılarkən şəhid olmuşdular.

Sabah saat10 – da Kilis Valiliyində vali ilə görüşümüz olacaqdı. Məni Özəl qələm müdiri qarşıladı. On dəqiqə olardı oturmuşduq, valilikdə həyacan hiss edildi. Valiliyin lap yaxınlıgına raket düşdü. Hər kəsdə həyacan, narahatlıq vardı. Eyni anda şəhərin bir çox yerinə raket zərbələri endirildi. Bir nəfər həlak oldu, bir nəfərin qolu qopdu, bir nəfər də qəlb krizi keçirmişdi. Amma gərginliyə baxmayaraq Valilik bütün hər şeyi nəzarətdə saxlayırdı.

Mən Valilikdən olan nümayəndə ilə Kilis xəstəxanasında müalicə alan əsgərlərlə görüşməyə getdim. Qüdrətli və qürurlu Türk əsgərləri. Hər biri ilə səmimi söhbət etdim. Təbii ki, onlarda mənimlə görüşməkdən qürur duyduqlarını söylədilər.

Xəstəxanadan çıxıb raketlərin düşdüyü ərazilərə getdik. Zədələnmiş evlər, obyektlər həmən andan etibarən yenilənirdi, hətta əvvəlkindən də yaxşı təmir edilirdi. İnsanlarda inam güclü idi. Hansını danışdırırdın terrora lənət deyib, dövlətimizin yanındayıq, Kilisdəyik, kimsə bizi qorxuda bilməz deyirdi. Kiçiyindən tutmuş, böyüyünə qədər hər bir vətəndaşda qorxmazlıq, iradə vardı. Sözləri ilə deyil, davranışları, gözləri ilə biz burdayıq, Kilisdəyik, heç bir raket, bomba bizim gözümüzü qorxuda bilməz” deyirdilər. Əslində günahsız əhali olmasa, Türk əsgərləri 10- 15 günə deyil, bir günün içində belə o əraziləri terrorçulardan azad edə bilərdi. Amma terrorçular yerləşdikləri Afrin ərazisindəki kənd əhalisindən, sadə insanlardan hər cür istifadə edirdilər.

O biri günün sabahı səhər tezdən Suriya Öncüpınar sərhədinə getdik. Sərhəddə Bursiyya dagının ətəyində yerləşən kənd açıq-aşkar görünürdü. Türk əsgərləri orda əməliyyat keçirir, döyüşürdülər.

Mənim Türkiyəyə, Kiilisə getməkdə məqsədim Türk qardaşlarımıza mənəvi dəstək olmaq idi. Və bacardıgım qədər də o dəstəyi yerinə yetirdim. Yaşasın Türkiyəmiz!”(Moderator.az)

www.yenicag.az

2328
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv