Reklam

Reklam

“O hədiyyələr daha çox simvolik məna daşıyırdı, qiyməti 50 dollardan baha olmamalı idi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın adı ətrafında yaradılan “hədiyyə qalmaqalı”na münasibət bildirən ölkəmizin Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə deyib.

Hikmət Hacızadənin sözlərinə görə, onun diplomatik xidmətdə olduğu 1992-93-cü illərdə alınıb-verilən hədiyyələr daha çox simvolik məna daşıyırdı:

“Mən işləyən dövrdə belə bahalı hədiyyələr olmurdu. Ümumiyyətlə, diplomatik praktikada hədiyyə mübadiləsi qəbuledilən haldır. Məsələn, ölkəyə gələn rəsmi qonağa xalça, yaxud da başqa nəsə bağışlayırdılar. Belə şeylər vardı…

Ancaq çox bahalı hədiyyələr, nə bilim, çantada pul və sair kimi “hədiyyə”lər verilmirdi.

Həm də deyim ki, zaman keçdikcə bununla bağlı qanunvericilik də dəyişir, müasir dünyada hədiyyə verib-almaq ənənəsi tədricən zəifləyir. Verilən hədiyyələr də nəzarətə götürülür, onların sərt qeydiyyatı aparılır. Yəni son 25 ildə vəziyyət xeyli dəyişib.

Mən səfir işləyən dövrdə müstəqilliyimiz yeni bərpa olunmuşdu, Avropa Şurası Parlament Assambleyasının da üzvü deyildik ki, kimlərəsə hədiyyə verək.

Lakin biz də kiçik hədiyyələr verirdik: Azərbaycan çaxırı, konyak, xalça, suvenirlər, və.s Bu, adi şeylər idi. Mən də səfir olanda bu cür hədiyyələr alıb-vermişəm.

O hədiyyələr daha çox simvolik məna daşıyırdı, qiyməti 50 dollardan baha olmamalı idi. Bizim səfirliyimiz də belə hədiyyələr paylayırdı. İndiki kimi qalmaqal yaradan hədiyyələr olmurdu”.

A.Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1818
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."