“Biz də Varıq” adlı layihəyə start verilib

layihed26 iyul 2016-cı il “Gənc Liderlər” Təhsil-təlim və inkişaf İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Biz də Varıq” adlı layihənin icrasına başlamışdır.

Layihənin əsas məqsədi Gəncə şəhərində yaşayan gənclərin və xüsusi ilə əlilliyi olan gənclərin sosial inteqrasiya prosesini sürətləndirmək və onların cəmiyyət tərəfindən uğur hekayələrinin qəbul edilməsinə yardım etməkdir. Azərbaycanda əlilliyi olan gənclər dövlət qayğısında olsalar da cəmiyyət əlillik faktına fərqli və steriotipli yanaşma sərgiləyir. Layihə çərçivəsində 20 gəncdən ibarət 5 günlük təlim təşkil olunacaqdır və əlilliyi olan gənclər təlimə cəlb olunacaqlar. Təlimdə əlilliyi olan gənclərin hüquqları, motivasiyanın artırılması, əlillii olan gənclər üçün sosial xidmətlər, steriotiplərlə mübarizə üsulları mövzusunda müzakirələr aparılacaqdır. Ümumiyyətlə əlilliyi olan gənclərin cəmiyyətdə və həyatlarında qazandıqları uğurları cəmiyyətə çatdırmaq üçün onların uğur hekayələri mütamadi olaraq təşkilatımız tərəfindən diqqətdə saxlanılacaqdır. Təlimin ilk günü tədbirdə iştirak edən iştirakçılara layihə çərçivəsində hazırlanmış buklet və təlim materialı paylanıldı. Təlim 30 iyul 2016-cı ilə kimi davam edəcəkdir.