!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Biz də varıq” – gənclər üçün layihə

!Reklam – Yazi

image (1)“Gənc Liderlər” Təhsil-təlim və inkişaf İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Biz də Varıq” layihəsi çərçivəsində keçirilən təlimlər başa çatıb. Təlimlər 26-31 iyul tarixlərində Gəncədə 5 gün davam edib.

5 gün ərzində 20 gənc, əlilliyi olan gənclərin hüquqları, Azərbaycanda mövcud sosial xidmət mərkəzləri haqqında, cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılması, əlilliyi olan gənclərin cəmiyyətə inteqrasiya prosesinin gücləndirilməsi, əlilliyi olan gənclərin ictimai vəkili olma yolları haqqında ətraflı məlumat alıb.

Gənclər təlimin sonunda fərdi və qrup planları hazırlayaraq gələcəkdə əlilliyi olan gənclərin problemlərinin həlli istiqamətində layihə və fəaliyyət planları hazırlayıblar.

Qeyd edək ki, layihədə əlilliyi olan gənclərlə yanaşı əlilliyi olmayan gənclər də iştirak edib.

“Biz də varıq” kampaniyası çərçivəsində əlilliyi olan gənclərə hüquqi və psixoloji yardım göstərməklə yanaşı onlara sosial xidmət mərkəzləri haqqında məlumat verilib.

Gənclər “Biz də varıq” kampaniyasının əlilliyi olan gənclərin problemlərinin həllində başlanğıc layihələrdən biri olacağına əmin olduqlarını bildiriblər.

Xatırladaq ki, layihə çərçivəsində təlimləri hüquqşünas Günel Səfərova keçib.

www.yenicag.az

954
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv