!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Biz hamımız günahkarıq, …” – Nərgiz Paşayeva

!Reklam – Yazi

121851_res_01Moskva Dövlət Universitetinin Bakı flialının rektoru, professor, Azərbaycanın Birinci xanımının bacısı Nərgiz Paşayeva haqqin.az və virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayevlə söhbətində keçmiş təhsil naziri Misir Mərdanovla münasibətləri haqda da danışıb.

Nərgiz Paşayeva ilə müsahibənin ikinci hissəsi artıq haqqin.az saytında dərc olunub və hazırda virtualaz.org saytı üçün Azərbaycan dilində də hazırlanır.

Müsahibənin tam mətni daha sonra saytda dərc ediləcək. Hələlik isə Nərgiz xanımın kifayət qədər ağrılı problem olan təhsil problemlərinin səbəbləri barədə fikirlərinin xüsusi əhəmiyyətini nəzərə alaraq müsahibədən keçmiş təhsil naziri ilə münasibətlərdən bəhs edən hissəsinin xülasəsini oxuculara çatdırmağı qərara aldıq.

E.Fətullayev soruşub: “Cəmiyyətdə belə şaiyələr dolaşıdı ki, Misir Mərdanova məhz Siz himayəçilik edirsiniz və onun vəzifədən uzaqlaşdırılmasına sona qədər müqavimət göstərmisiniz. Bu doğrudur? Əgər doğru deyilsə Siz Mərdanovun təhsildə qoyduğu iris necə qiymətləndirirsiniz?”

N.Paşayeva deyib ki, cəmiyyətdə onun Misir Mərdanova himayəçilik etdiyi haqda şaiyələrin dolaşmasından çox təəcüblənir və belə fikirlərin ola biləcəyini heç vaxt ağlına gətirməyib.

Nərgiz xanım bildirib ki, əslində onun Misir Mərdanovla münasibətləri Moskva Dövlət Açıq Universiteti adlı “universitetin” (Diplomları tanınmayan bu qondarma “universitetin” fəaliyyəti artıq dayandırılıb) fəaliyyətinə görə xeyli korlanmışdı.

Sitat: “Misir müəllim bu universitetdə hökm sürən özbaşınalıqlarla bağlı mənim dəfələrlə etdiyim müraciətlərə yumşaq desək, qeyri-adekvat cavablar verirdi. Nəticədə bizim münasibətlərimiz xeyli korlandı. Məsələ ondadır ki, həmin vaxt fəaliyyət göstərən Moskva Dövlət (açıq) Universitetinin fililının adı səslənişinə və yazılışına görə bizim Moskva Dövlət Universitetinin filialı ilə oxşar idi. Nəticədə hərdən vaideyinlər və tələbələr bizi qarışıq salırdılar. Elə hallar olurdu ki, qəzəbli valideyinlər bizim universitetə gəlib qışqırırdılar: “Uşaqlarımızdan pul almısız, hələ də diplom vermirsiniz”.

Biz onları sakitləşdirirdik, deyirdik ki, başqa ünvana gəliblər, onları aldadan başqa universitetdir. Bunu biləndə valideyinlər üzr istəyirdilər və deyirdilər ki, adlar oxşardır deyə səhv salıblar. Belə hallar tez-tez təkrar olunurdu. Onda mən Misir müəllimdən xahiş etdim ki, təhsil naziri kimi mətbuatda çıxış edib insanlara izah etsn. Desin ki, bunlar müxtəlif universitetlərdir, çünki insanlar qarışıq salırdılar və bizim imicimizə zərbə dəyirdi. O, mənimlə razılaşdı, dedi ki, Moskva Dövlət (açıq) Universitetinin filailında hansı “bazar” hökm sürdüyünü bilir və hökmən belə izahatla çıxış edəcək. Ancaq təəsüf ki, Misir müəllim vədini yerinə yetirmədi, vəziyyət daha da pisləşdi”.

Nərgiz Paşayeva deyir ki, nəticədə onun özü müsahibə verməli oldu və insanlara, valideyinlərə tələbələrə müraciət etdi ki, M.V.Lomonosov adına, akademik Viktor Antonoviç Sadovniçinin rektoru olduğu Moskva Dövlət Universitetini Eduard Ovanesoviç Tsaturyanın rektorluq etdiyi Moskva açıq universiteti ilə qarışıq salmasınlar.

“Bundan sonra bizi qarışıq salmadılar və paralel olaraq Təhsil Nazirliyi də bizdən incidi. Biz nazirliyin müvafiq dəstəyi və köməyi olmadan işləməli olduq. Ancaq bunlar keçmiş günlərin əhvalatlarıdır”- N.Paşayeva bildirib.

Professor Paşayeva deyib ki, bu gün təhsildə olan problemlər azalmayıb. Onun sözlərinə görə, pis təhsili yaxşı təhsilə çevirmək asan deyil, çünki pis təhsil savadsızlıqdan da betərdir.

“Əgər biz Misir Mərdanovu tənqid etmək istəyiriksə və fikirləşiriksə ki ancaq o günahkardır, yenə səhv etmiş olarıq. Biz hamımız günahkarıq, kimimiz az, kimimiz çox”- Nərgiz Paşayeva bildirib.

www.yenicag.az

771
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv