!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Biz həm qisasımızı almalı, həm də torpaqlarımızı azad etməliyik” – Azər Verdiyev

!Reklam – Yazi

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Atəş nəticəsində1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.

Məsələyə sərt münasibət bildirən QALİB-in sədri, politoloq Azər Verdiyev ermənilərin ütün dünyəvi hüquq norma və prinsiplərini pozduğunu dedi:

“Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalism aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir. Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən və hədəflənən hücumların edilməsi sistematik xarakter daşıyır. Bu hadisə həm də cəmiyyət olaraq Ali Baş Komandanın əmrinə hazır olduğumuzu göstərdi. Ermənilər 2 yaşlı Zəhraya görə cavab verəcəklər. Bugün sosial mediada olayla bağlı yüzlərlə tvit paylaşılır, beynəlxalq təşkilatlar tag edilir, amma heç bir nətgicə yoxdur. Hadisə Ermənitsanda olsaydı, çox güman ki, gecəliklə bəyanatlar falan oxunurdu. Hesab edirəm ikili standart kompleksindən azad olmalıyıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz erməni vandallarının qətlə yetirdiyi yüzlərlə körpələrimizin qisasını almalıyıq. Bəli, biz sülh istəyirik, amma düşmən istəmir. Bu mənada müharibə qaçılmazdır. Biz həm qisasımızı almalı, həm də torpaqlarımızı azad etməliyik”.

Yenicag.az

www.yenicag.az

934
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv