“İran rejimi ilə məşğul olmaq lazımdır”.
Yenicag.az “Ynet”ə istinadla xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Xarici İşlər və Təhlükəsizlik Komissiyasının iclasında deyib. O bildirib ki, İranın nüvə silahı əldə etməsinin qarşısı tezliklə alınmalıdır.
“Əgər İran nüvə silahı əldə edərsə, bu, uzunmüddətli perspektivdə İsrail üçün problem olacaq. Bu məsələdə heç bir güzəştə gedə bilmərik”, – o vurğulayıb.
Netanyahu onu da əlavə edib ki, HƏMAS-a qarşı döyüşlər diqqəti bu problemdən yayındırmır.
Xuraman Etibarlı