!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Biz Krıma tatar muxtariyyatı statusu verməməklə axmaqlıq etdik” – Ukraynalı deputat

!Reklam – Yazi

“Avropanın ən güclü ordusuna malik olan Türkiyə də fəallıq göstərərək, Krımı dəstəkləməlidir”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ukrayna parlamentinin “Petro Poroşenkonun bloku”ndan seçilmiş deputatı Valeri Karpuntsov deyib.

Ukraynalı deputat Türkiyənin hazırda Rusiyanın işğalı altında olan Krımla tarixi bağlarının olduğunu bildirib:
“Krımın öz daxilində fəal hərəkətlənmə olmasa, Muxtar Respublikanın tezliklə geri qaytarılmasından danışmağa dəyməz. Bu prosesin əsas hərəkətverici gücü isə məhz Krım tatarları olmalıdırlar. Əslində, biz Krıma tatar muxtariyyatı statusu verməməklə axmaqlıq etdik – Krıma çoxdan belə bir status verilməli idi.

O halda tatarlar nə referendumun keçirilməsinə, nə “yaşıl adamcıq”ların müdaxiləsinə, nə də işğala imkan verməzdilər.

Ancaq həmin şəraitdə Avropanın ən güclü ordusuna malik olan Türkiyə də fəallıq göstərərək, Krımı, o cümlədən Ukraynanın suverenliyini dəstəkləməlidir. Türklər tatarlar vasitəsilə əsrlər boyu Krıma təsir göstəriblər.
Putin də axmaq deyil. O, elə bir oyun oynayır ki, Ərdoğan Krıma yaxın düşə bilməsin. Aydındır ki, Krım Türkiyənin olmayacaq, ancaq oralar türklərə təsir göstərəcəkləri bir ərazi kimi lazımdır. Türkiyə hazırda bu imkandan məhrum olub. Ancaq Türkiyə Krımı Ukraynanın tərkibində olan müttəfiqi kimi görmək istəyir”.

www.yenicag.az

880
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv