Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

“Biz növbədənkənar seçkilərə hazırıq” – MSK katibi

Reklam: High Technic

“Növbədənkənar seçkilər bizim üçün qeyri-adi proses deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinə hazırlıq məsələsinə münasibət bildirən MSK katibi Mikayıl Rəhimov deyib:

“Bildiyiniz kimi, Mərkəzi Seçki Komissiyası daimi fəaliyyət göstərən qurumdur və seçkilərin təşkili ilə məşğuldur. Qeyd edim ki, biz artıq yanvar ayından etibarən, seçici siyahılarının dəqiqləşdirilməsinə başlamışıq.

O baxımdan, növbədənkənar prezident seçkiləri də MSK olaraq, bizim üçün qeyri-adi proses deyil və onun keçirilməsində hər hansı çətinliyin yaranacağını düşünmürəm. Biz bu prosesə hazırıq.

Qarşıdakı günlərdə MSK-nın iclası çağırılacaq və növbədənkənar prezident seçkilərinin təyin olunması haqqında qərar qəbul olunacaq. İclasın dəqiq hansı gün keçiriləcəyi hələ bilinmir.

Çünki MSK üzvlərinin heç də hamısı hər gün işə çıxmır – onların bəziləri elmi-pedaqoji fəaliyyətlə məşğuldurlar. Ancaq iclas yaxın günlərdə baş tutacaq və təqvim qrafiki təsdiqlənəcək”.

A. Zeynalov

www.yenicag.az

1685
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM