!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Biz sonunadək polisimizin arxasındayıq”

!Reklam – Yazi

photo_9827Əməkdar jurnalist Azər Həsrət Nardaran hadisələrini şərh edrəkən Reaksiya.az -a bildirib ki, polisə silah tuşlayan əllər qırılmalıdır: “O əllərin sahibinin soyu qurudulmalıdır! Polis dövlət deməkdir! Əgər bir kimsə mənim polisimə silah yönəldirsə, dövlətimə yönəltmişdir demək! Ona görə də bu gün Nardaranda baş verənlər çox ciddi şəkildə araşdırılmalı, silahlı-qumbaralı hücum təşkil edənlər, onlara dəstək verənlər bir-bir müəyyən edilib ədalət divanına təslim edilməlidir! Azərbaycanda vicdan azadlığı tam təmin edilir və heç kimin dini inancına uyğun ibadət etməsinə əngəl yoxdur. Amma kimlərsə Azərbaycanı orta əsr təfəkkürlü xarici ölkənin quyruğuna bağlamaq üçün din adı altında silaha əl atırsa, onun soyu qurudulmalıdır. Biz sonunadək polisimizin arxasındayıq və ictimai dəstəyimiz tam olacaq”.

www.yenicag.az

474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv