Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Bizdə kreslodan elə bərk yapışırlar ki...” - Keçmiş nazirdən dəyişikliklərə ŞƏRH

Reklam: High Technic

“Hesab edirəm ki, o tip şəxslər psixoloji baxımdan problemi olan insanlardır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin son sərəncamları əsasında həyata keçirilən kadr dəyişikliklərinə münasibət bildirən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Tofiq Zülfüqarovun fikrincə, Azərbaycanda həyata keçirilən kadr dəyişiklikləri həddindən artıq ajiotajla qarşılanır:

“Cənab prezident öz fəaliyyət planı əsasında məmurları dəyişdirir və bu, normal prosesdir. Hesab edirəm ki, bu dəyişikliklər zamanın tələbidir. Bununla belə, həyata keçirilən son dəyişiklikləri şərh etmək bir az çətindir. Çünki bu qərarlar prezidentin gələcəyə olan baxışlarının ifadəsidir.

Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, adi həyatda da belə şeylər baş verir. Məsələn, insanlar bir telefonu iki-üç il işlətdikdən sonra dəyişirlər. Təbii ki, insan telefon deyil, amma hər dövrün öz tələbləri var və o çağırışlar mütləq nəzərə alınmalıdır. Bu, təbii prosesdir və düşünürəm ki, cəmiyyət buna həddindən artıq həssaslıqla yanaşır. Ancaq xarici ölkələrin çoxunda bir məmurun digəri ilə əvəzlənməsi diqqəti çox da cəlb etmir.

Biz də bu məsələlərə daha sakit və soyuqqanlı yanaşmalıyıq. Sosial şəbəkələrdə elə yazırlar ki, elə bil, nəsə böyük bir hadisə baş verib. Bu yanaşmada qəribəlik var. Əsas olan iş üslubudur. İnsanlar üçün rahat olsa, deməli, məqsədə nail olunub.

Məmurların əsas vəzifəsi cəmiyyətə xidmət etməkdir. Bizdə kreslodan elə bərk yapışırlar ki, vəzifəni itirəndən sonra sanki faciə yaşayırlar. Hesab edirəm ki, o tip şəxslər psixoloji baxımdan problemi olan insanlardır.

Mikayıl Cabbarov yaxşı təəssürat bağışlayan insandır. Yaş baxımından, uğurlu fəaliyyət göstərməsi üçün imkanları və bilikləri var. Bu, ilk növbədə etimaddır. Bu etimad kreditini necə həyata keçirəcək, gözləntiləri necə gerçəkləşdirəcək, bunu görəcəyik. Hər halda, cənab prezident onu seçibsə, deməli, etimad göstərib”.

Aqil Bəkir

www.yenicag.az

1114
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM