!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bizə böhtan atırlar" - Şamaxı Rəsədxanasının direktorundan ittihamlara CAVAB - FOTO

!Reklam – Yazi

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyəti barədə əsassız ittihamlar irəli sürülüb.

Yenicag.az xəbər verir ki, ŞAR-ın direktoru Namiq Cəlilov rəsədxanada keçirilən mətbuat konfransında məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, keçmiş əməkdaş Yanoş Məhərrəmov başqa adlardan istifadə edərək rəsədxananın işgüzar imicini korlamaq məqsədilə sosial media və KİV- də böhtan xarakterli məlumatlar yayıb.

Direktor bildirib ki, bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Rəsədxana direktoru bir qrup şəxsin saxta şəkildə ŞAR adından qurumun əməkdaşlıq etdiyi səfirliklərə müraciət etdiyini də təəssüf hissi ilə qeyd edib: “Saxta İqor Kosyagin və Sergey Mironov adları altında naməlum şəxslər 15 sentyabr 2016-cı ildə ŞAR-ın direktoru tərəfindən Elmi Şuranın qəbul etdiyi qərar əsasında imzalanmış 188 saylı əmrə istinad edərək, Azərbaycan, rus və ingilis dillərində 2000-dən artıq ünvana, o cümlədən ŞAR-ın beynəlxalq səviyyədə elmi tərəfdaşlıq etdiyi institutlara, alimlərin elektron poçt ünvanlarına, xarici ölkə səfirliklərinə müraciət ünvanlayıb. Əslində İqor və Sergey adları aysberqin görünən hissəsidir, bu əsassız ittihamlar ilk dəfə ŞAR-ın ünvanına onun keçmiş əməkdaşı Yanoş Məhərrəmov tərəfindən mediada ictimailəşdirilib”.

O, keçmiş əməkdaşın onu hədələdiyini, ölümlə təhdid etdiyini də bildirib.

Qurum rəhbərliyi məsələ ilə bağlı bəyanat yayıb.

Cəvahir

www.yenicag.az

1014
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv