“Bizə bu da azdır” – Kənan M.M Burak üçün 400 manat verənlərə əsəbiləşdi

“Kardeşim benim 2” filminin qala gecəsinə satılan biletlərin qiyməti sosial şəbəkə izləyiciləri arasında birmənalı qarşılanmayıb.

Belə ki, “Park Cinema Flame Towers”in IMAX zalında aktyorla birgə filmi izləmək üçün bilet – 70 AZN, adi zal – 50 AZN, adi zalda ikinəfərlik yer 110 AZN dəyərindədir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, filmlə bağlı qiymətlər fantastik həddə çatıb. Tamaşaçılar Burak Özçivit başda olmaqla aktyorları daha yaxından görmək üçün 400 manat ödəməlidir. Onlar aktyorların oturduğu sıradan yuxarıda yer alacaqlar.

Eyni zamanda, aktyorın da iştirakı ilə IMAX zalında nümayiş olunan film və kokteyl partiyə giriş 200 AZN-dir.

Türk aktyoruna olan diqqət rejissor Kənan M.M-i qəzəbləndirib.

Yenicag.az-a açıqlama verən rejissor fikrini belə ifadə edib:

“Burakı görmək üçün 400 manat ödəyəcəklər, lap əcəb eləyirlər, Bizə bu da azdır”.

Rejissor Aqil M.Quliyev saytımıza açıqlamasında xəbəri gülüşlə qarşılayıb:

“Əgər Aqil, yaxud da digər rejissor və ya aktyorlar Türkiyədə iki film “partlatsaydı”, bizə də belə pul xərcləyərdilər. Amma hələ ki, məni kokteyl-partiyə pulsuz dəvət edirlər. Məsələ burasındadır ki, heç kimi Burakı görmək üçün pul xərcləməyə məcbur edən yoxdur. İnsanlar sevdikləri sənətçiyə həmişə pul xərcləyiblər. Bizdə də elə müğənnilər, sənətçilər var ki, onlara 400 manat nədir e, 40 min pul xərcləyən oğlanlar var. Sadəcə olaraq, bunu gizlin formada həyata keçirirlər. Burak üçün pullar xərclənir, o da həmn pulları geri qaytarmalıdır. Bunun üçün onun ətrafında komanda çalışır, onlar pul qoyub, pul götürür. Bu sistem bütün dünyada çalışır. Biz hələ bu sahədə belə inkişaf etməmişik. Azərbaycana gəlincə, biz 150 milyon əhalisi olan dövlətlərlə müqayisədə balaca ölkəyik. Bura nə Rusiyadır, nə də Türkiyə”.

Aktyor Fərda Xudaverdiyevin məsələyə münasibəti isə belə olub:

“Burak dünyaca məşhur ulduz sənətçidir, onu görmək üçün 400 azdır, 4 000 min manat vermək lazımdır. Amma bir məsələ də var: biz özümüzə ulduz desək, hamı bizi məsxərəyə qoyacaq. Buraka 400 manat verib, yaxından görmək istəyən tamaşaçımız bizə heç 25 manat da xərcləməz. Deyəcək ki, əşşi, bu da özünü ulduz sayır?”

Cəvahir

COP29