!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bizə dərmanı dövlət verib” - “Epidbiomed İŞİ”nin qaranlıqları – II Yazı

!Reklam – Yazi

Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olub, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan “Epidbiomed” və “Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı.

Yenicag.az Araşdırma Qrupu qanunsuz dərman dövriyyəsi ilə məşğul olan bu şirkətin fəaliyyətini araşdırarkən olduqca maraqlı nəticələr əldə edib.

2010-2014-cü illər ərzində müxtəlif rayonların mərkəzi xəstəxana və poliklinikaları tərəfindən elan olunan dövlət satınalmaları müsabiqələrində “Ebidbiomed” MMC qalib gələrək, 29 xəstəxana ilə dərman preparatları satışını həyata keçirib. Bu siyahıda məbləğin böyüklüyünə görə birinci yerdə İmişli Rayon Mərkəzi Xəstəxanasının adı çəkilir.

İmişli Rayon Mərkəzi Xəstəxanası 21,2 min kvadrat metr ümumi ərazisi olan, 4 korpuslu, ikimərtəbəli binalardan ibarətdir. Azərbaycan Prezidentinin 2010-cu il 30 mart tarixli sərəncamına əsasən, Prezidentin Ehtiyat Fondundan 1,5 milyon manat ayrılaraq xəstəxananın əsaslı təmirinə sərf olunub.

Hazırda 136 çarpayılıq yeri olan bu xəstəxananın elan etdiyi tender müsabiqələrində dəfələrlə “Epidbiomed” MMC qalib gəlib. Belə ki, 2012-ci ildə dərman preparatlarının satın alınması üçün 153959 manat dəyərində, 2013-cü ildə dərman preparatlarının satın alınması üçün 475423,8 manat, dərman preparatları və sarğı ləvazimatlarının satın alınması üçün 475423,8 manat məbləğində, 2014-cü ildə dərman preparatlarının satın alınması üçün 475944,42 manat dəyərində satınalmalarda “Epidbiomed” MMC qalib olub. Bu da ümumilikdə 1 580 751,02 manat təşkil edir.

Maraqlıdır ki, “Epidbiomed” MMC-nin rəhbərliyi dövlət tərəfindən mənşəyi bilinməyən, saxta və qanunsuz dərman dövriyyəsində ittiham olunur və şirkətin rəhbərlərindən bəziləri barədə cinayət işi açılıb. Həmçinin, ittihamda qeyd olunur ki, MMC-nin rəhbərləri müxtəlif şəxslərlə, tamah məqsədilə, qabaqcadan əlbir olub, daha çox gəlir əldə etmək məqsədi ilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə dəyəri təqribən 1 milyon manatdan artıq 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.

Şirkət rəhbərliyi əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb, müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha böyük həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar verib. Beləliklə şirkət rəhbərliyi idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olub.

Belə olan halda şübhəsiz ki, adıçəkilən təşkilatla satınalmalar həyata keçirən hər kəsin fəaliyyətini də araşdırmaq lazımdır.

Məsələyə münasibət bildirmək üçün İmişli Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Baş həkim Cəsur Paşayevin sözlərinə görə, o, 6 ildir bu vəzifədə çalışsa da, adıçəkilən illərdə keçirilən dövlət satınalmalarında iştirak etməyib.(?) Belə satınalmalar ondan qabaqkı baş həkimin rəhbərlik etdiyi dövrə təsadüf edir:

“Mən 6 ildir ki, bu vəzifədəyəm. Sizdəki məlumatlar səhvdir. Biz heç kəsdən dərman almırıq, dərmanı bizə yalnız dövlət verib”.

Maraqlıdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təqdim etdiyi sənədlərdə İmişli RMX-nın 2012-2014-cü illər ərzində 4 dəfə “Epidbiomed” MMC ilə dərman alqı-satqısını əks etdirən məlumatlar var və yəqin ki, bu məlumatlar səhv ola bilməz.

Yeni Çağ Sosial Araşdırma Qrupu

www.yenicag.az

3833
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv