“Bizə fahişə kimi baxırlar”- FOTOLAR

“Miss Azərbaycan” gözəllik yarışmasının qalibi model-aktrisa Əfsanə Qasımova film təqdimatlarının birində fotokameramıza poz verib.

efsane1Aktrisa Yeniçağ.az-a açıqlamasında fikirlərini bölüşüb:

efsane2“Əvvəllər yalnız model kimi fəaliyyət göstərirdim, sonradan özümü aktrisa kimi də sınadım. Rejissorlar çox bəyəndi. Sözün düzü, model olmağın da öz çətinlikləri var. Azərbaycanda modellərə fahişə kimi baxırlar. Onlara elə gəlir ki, model soyunub-geyinirsə, deməli, fahişədir. Belə təhqirlərdən qaçmaq üçün qərara aldım ki, yalnız aktrisa kimi fəaliyyət göstərim”.

efsane4Qeyd edək ki, aktrisa “Bacanaqlar”, “Qız atası”, “Ögey ata”, “Məriz” filmlərində rol alıb. Hazırda “Kurdlar vadisi” serialının kastinq direktoru Mətin Yücelin “Verilmiş bir sözümüz var” filminə çəkilir. Mayın sonunda filmin Qala gecəsi olacaq.

Cəvahir
Foto: Cəmalə Əlizadə
Yeniçağ.az

COP29