!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bizə görə Qüds hər iki xalqa məxsusdur” – Çexiya səfiri

!Reklam – Yazi

“Ölkəmizdə yanvarda keçiriləcək prezident seçkilərindən sonra bu məsələyə dair mövqe daha da konkretləşəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Çexiya prezidenti Miloş Zeman və baş nazir Andrey Babişin Qüdslə bağlı sərgilədikləri fərqli mövqeləri şərh edən Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka deyib.

Səfir Pivonka Çexiyada son parlament seçkilərindən sonra yeni hökumətin cəmi iki həftə əvvəl formalaşdırıldığını xatırladıb.

Diplomatın sözlərinə görə, Çexiyada yanvarda prezident seçkiləri keçiriləcək və rəsmi Praqanın Qüds məsələsinə dair mövqeyi bundan sonra konkretləşəcək.

Bununla belə, Pivonka Çexiya hökumətinin Qüdsü hər iki xalqa (Fələstin və yəhudi – red.) məxsus şəhər olaraq qəbul etdiyini bildirib.

A.Zeynalov

www.yenicag.az

1754
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv