Ərdoğan: “Bizə verilən sözün üstündə durmadılar”

378c5dbbeb1aTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə baş verən terror hadisələri, antiterror əməliyyatlarından danışıb. Yenicag.az anspress-ə istinadən xəbər verir ki, son əməliyyatlardan sonra “təkrar 90-cı illərə geri qayıtdıq” şərhinə münasibət bildirib.

“Artıq o zamanlara qayıtmağın yeri yoxdur. 2013-cü ildə bizə silahı yerə qoyma sözü verildi. Amma terror hücusmları yenidən başladı. Dövlət buna sadacə izləyici kimi baxa bilməz.
Verilən sözün üstündə durulmadı. Son hadisələr kimin hansı xəyallar qurduğunu da göstərdi. Prezident olaraq, konsitutsiyada verilən haqlar nədirsə onları yerinə yetirməliyik. 10 avqustda türk millətinin səsləri ilə seçilən bir prezident var”.

Prezident, Çin, İndoneziya və Pakistan səfərindən sonra təyyarədə jurnalistlərin suallarına cavab verib.
R.T.Ərdoğan təyyarədə jurnalistlərlə bir arada
“İyulun 22-də Obama ilə telefon danışığımız oldu. Türkiyənin regional savaşa çəkildiyi doğru deyil. Bu iddianı ortaya atanlar indi keçirilən əməliyyatlara da mane olmaq istəyirlər”.

Ərdoğan ABŞ-a səfəri haqqında da jurnalistlərə açıqlama verib. O deyib ki, hələlik bu barədə yekun qərar verilməyib. “Bu həm Vaşinqton, həm də Nyu Yorku əhatə edən bir səfər olacaq”.

Xatırladaq ki, genişmiqyaslı antiterror əməliyyatının ilk günü Ərdoğan ilk addımın qərarlı şəkildə atıldığını elan edib. “Eyni zamanda ölkənin 16 vilayətində 300-ə yaxın nöqtədə əməliyyatlar başladı. İndiyə qədər çox sayda şübhəli saxlanılıb. Bu sadəcə bir gecəlik əməliyyat deyildi və bundan sonrada qərarlı şəkildə davam edəcək”.