Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
Yenicag.az xəbər verir ki, “Qarabağ” II mərhələdəki rəqibi “Samtredia”nı məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Şerif” (Moldova) – “Kukesi” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.
Təmsilçimizin baş məşqçisi Qurban Qurbanov püşklə bağlı öz fikirlərini bildirib:
“Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır. İyulun 18-i baş tutacaq “Samtredia”yla cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik”.
Yenicag.az