“Bizi yolumuzdan döndərə bilməyəcəklər”

Generated by  IJG JPEG Library

`Kimsə bizdən sakit duracağımızı, YPG, PKK, Əsəd və bu qüvvələri himayə edənlərin hərəkətlərinə dözəcəyimizi gözləməsin`

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə baş verən hadisələrə münasibət bildirərkən deyib.

Ərdoğan ölkəsində baş verən terror hadisələrinə görə, Türkiyənin sakit qalmayacağını bəyan edib.

`Türkiyənin sərhədləri daxilində və xaricində baş verən hadisələri cavabsız buraxmayacaq. Bu, Türkiyənin qanuni müdafiə haqqıdır. Türkiyənin müdafiə haqqını kimsə əngəlləyə bilməz. Gərəkən ən sərt adddımlar atılacaq. Ürəyimizi ağrıdan terrorla bizi yolumuzdan döndərə bilməyəcəklər. Acımızı ürəyimzdə daşıyacağıq. Ancaq bunları cavabsız da buraxmayacağıq. Hər kəs ən sərt cavabını alacaqdır`,-deyə Ərdoğan qeyd edib.(Azvision)