“Bizim başlıca vəzifələrimizdən biri antiinhisar orqanının fəaliyyətini gücləndirməkdir” – Mikayıl Cabbarov

“Bazar iqtisadiyyatının bir neçə təməl prinsipi var – mülkiyyətin toxunulmazlığı, qanunların aliliyi. Bu prinsiplərdən biri də azad rəqabətdir. Azad rəqabət prinsipinin təmin edilməsi üçün demək olar ki, bütün ölkələrdə, bütün iqtisadiyyatlarda antiinhisar qurumları fəaliyyət göstərir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bu posta təyin olunduqdan sonra verdiyi ilk müsahibədə deyib.

M.Cabbarov əlavə edib ki, antiinhisar qurumlarının əsas məqsədi azad rəqabəti qorumaqdır:

“Azad rəqabət nəyə görə vacibdir, nəyə görə bu təməl prinsipdir?! Çünki rəqabət olduğu şəraitdə biznesin məhsuldarlığı artır, istehlakçının hüquqları daha aydın şəkildə qorunur. Artıq bazarda alıcı ilə satıcı arasındakı münasibət bir tərəfin diktəsinə əsasən deyil, tələb-təklif əsasında qurulur. Bizim iqtisadiyyatda hələ də antiinhisar sahəsində problemlərlə rastlaşırıq. Bu, özünü müxtəlif amillərdə büruzə verir – ilk növbədə qiymətlərin nizam-intizamının pozulmasında, bazara çıxışın məhdudlaşdırılmasında. Ona görə də bizim başlıca vəzifələrimizdən biri antiinhisar orqanının fəaliyyətini gücləndirmək, onu zəruri olan mütəxəssislərlə təmin etmək, digər tərəfdən çatışmayan qanunları qəbul etmək, mövcud olan qanunvericiliyin isə tətbiqini gücləndirməkdir”.

COP29